“Fitrəni pulla deyil, azuqə ilə çıxarmaq lazımdır” – Hacı Qamət

“Əslində, fitrə məsələsi belədir ki, camaat ən çox nədən istifadə edirsə, o şeylərdən alıb verilməlidir. Əvvəllər imkan və şərait yox idi deyə, fitrə buğda ilə verilərdi”.

Bu sözləri Globalinfo.az-a “Əbu Bəkr” məscidinin keçmiş imamı Qamət Süleymanov bu il veriləcək fitrə zəkatının məbləği ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, indiki zamanda fitrə buğda ilə hesablanmamalıdır:

Yezidə lənət oxumaq olmaz” - Hacı Qamət Yeni Sabah

Qamət Süleymanov

“Bu gün buğdadan deyil, daha çox qarabaşaq, un, makarondan istifadə edilir. Konkret məbləğ demək olmur, kim necə istəyir, elə də edir. QMİ 10 manat təyin edib, amma bunun səhv və ya doğru olduğunu da deyə bilmərik. Ola bilər, adamın gəliri yaxşı olduğu üçün daha bahalı ərzaqla fitrə zəkatı çıxarar. Hər kəs seçimində azaddır. Əgər 10 manata imkan çatmırsa, 3 kq un alıb çıxarmaq olar”.

Q.Süleymanov deyib ki, fitrəni pulla deyil, azuqə ilə çıxarmaq lazımdır:

“Ola bilər, kimsə pul yığır, həmin adamların adından ərzaq alıb paylayır, bu, eyib etməz. Amma kasıbın özünə pul vermək, əslində, düzgün deyil. Bəzi alimlər deyiblər ki, pul vermək olar, lakin onların dəlili yoxdur. Hz.Peyğəmbərin vaxtında da kasıblar var idi, lazım olsa elə pulla çıxarardılar da. O zaman belə fitrə ərzaqla çıxarılıb”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi bu il fitrə pulunu adambaşına 10 manat hesablayıb.

Zaira Akifqızı
Globalinfo.az