Finlandiyadan nüvə silah iddiasına REAKSİYA

“Finlandiyanın öz ərazisində nüvə silahı yerləşdirmək niyyəti yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin Baş naziri Petteri Orpo Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

“Buna ehtiyac yoxdur, çünki NATO özü nüvə silahlanmasının qarşısını almağa çalışır. Alyansın bir neçə ölkəsində nüvə silahı yerləşdirilib, bu kifayətdir”, – nazir bildirib.

Qeyd edək ki, ötən il Finlandiyanın NATO-ya rəsmi üzvlüyü təsdiqlənib.

Əliyar Xəlil
Globalinfo.az