“İran ABŞ-da prezident seçkilərindən əvvəl İsraili vura bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Financial Times nəşri İran rəhbərliyinə yaxın mənbələrə istinadən məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general-mayor Əli Məhəmməd Naeyninin dediyi kimi, Tehranın cavabı sürprizlə müşayiət olunacaq və düşmənin bütün gözləntilərini üstələyəcək.
“Yəhudi dövləti İranın hərbi hücumları cavabsız qoyacağını, birbaşa müharibəyə girməkdən qorxacağını düşünməklə yanılır”, – deyə SEPAH rəsmisi vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az