DÇ-2026-nın final görüşünün hakimi təyin edilən Slavko Vinçiç göz yaşlarına hakim ola bilməyib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sloveniyalı referi bu xəbərə çox böyük həyəcan və sevinc hissi ilə reaksiya verib.
Belə ki, Vinçiç sözügedən oyuna təyinat almasını karyerasının zirvə nöqtələrindən biri hesab edir.
Qeyd edək ki, təcrübəli referi uzun illər Avropanın ən böyük turnirlərində mühüm oyunları idarə edib.
Xatırladaq ki, İspaniya-Argentina finalı iyulun 19-da Nyu-Yorkda keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Sözügedən anları təqdim edirik:
