Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları qarşılaşır.
Globalinfo.az xəbər verir ki, komandalar matça aşağıdakı heyətlə çıxıblar:
PSJ: Safonov, Markinyos, Paço, Mendeş, Hakimi, Neveş, Vitinya, Ruis, Due, Kvaratsxeliya, Dembele.
“Arsenal”: Raya, Saliba, Maqalhaes, Lyuis-Skelli, Moskera, İnkapiye, Trossard, Rays, Edeqor, Saka, Haverts.
Oyunu almaniyalı referi Daniel Zibert idarə edir.
***
Haverts “Arsenal”ı görüşün 6-cı dəqiqəsində hesabda önə çıxardı: 0-1.
***
PSJ hesabı bərabərləşdirir.
Osman Dembele 65-ci dəqiqədə penaltidən fərqlənir.
***
Hesab 1-1 bitdi və oyun əlavə vaxta getdi.
Əlavə hissələr başladı.
***
Əlavə olunmuş ilk 15 dəqiqə başa çatdı.
***
Əlavə olunmuş ikinci 15 dəqiqə başladı.
***
Əlavə vaxtda da tarazlıq pozulmadı. Qalibin adına aydınlıq gətirilməsi üçün penalti zərbələri yerinə yetiriləcək.
