
Türkiyəli tanınmış aktrisa Filiz Akın vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Türk kinosunun nadir simalarından olan Filiz Akın bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Ailəsinə, sevənlərinə və sənət ictimaiyyətinə başsağlığı veririk”, – deyə bildirilib.
Yaxın günlərdə dəfn mərasimi ilə bağlı məlumat veriləcəyi də əlavə edilib.
Leyla Əlisoy
Globalinfo.az