Filippində güclü zəlzələ oldu

Filippin sahilləri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.

Globalinfo.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların mərkəzi Filippinin Mindanar adasında yerləşən 105 min əhalisi olan Mati şəhərindən 146 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 125 km dərinlikdə yerləşib.

İtkilər, xəsarət alanlar və dağıntılar barədə informasiya yayılmayıb. Sunami təhlükəsi elan edilməyib.