Riker vəzifəsindən getdi, ABŞ Qarabağ mesajı verdi

 

***09:45

ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Riker vəzifəsini tərk edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Vaşinqton Rikerin vəzifədən gedişinin ABŞ-ın Cənubi Qafqaz siyasətinə təsir etməyəcəyini bildirib:

“ABŞ ikitərəfli əsasda eyni fikri bölüşdüyü Avropa Birliyi və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa yardım edilməsi və Qarabağla bağlı bütün həll edilməmiş məsələlərin həllinin tapılması üçün qarşılıqlı fəaliyyətini davam etdirir”.

Aqşin
Globalinfo.az