FİFA namizədləri açıqladı – İlin ən yaxşıları kim olacaq?

FİFA “The Best” mükafatına namizəd futbolçuların adlarını açıqlayıb.

Globalinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilin ən yaxşısı adına namizədlərin siyahısında 12 futbolçu yer alıb:

Xulian Alvares, Lionel Messi (hər ikisi Argentina), Marselo Brozoviç (Xorvatiya), Kevin De Bruyne (Belçika), İlkay Gündoğan (Almaniya), Erlinq Holann (Norveç), Rodri (İspaniya), Xviça Kvaratsxeliya (Gürcüstan), Kilian Mbappe (Fransa), Viktor Osimxen (Nigeriya), Deklan Rays (İngiltərə), Bernardo Silva (Portuqaliya).

FİFA “The Best” mükafatına namizəd baş məşqçilərin siyahısını da açıqlayıb. Siyahıda kişi komandalarını çalışdıran mütəxəssislərdən Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), Simone İnzaqi (“İnter”, İtaliya), Luçano Spalletti (“Napoli”, İtaliya), Ange Postekoqlu (“Tottenhem”, İngiltərə) və Xavi Ernandes (“Barselona”, İspaniya) yer alıb.

Xattırladaq ki, 2022-ci ilin ən yaxşı futbolçusu Lionel Messi, ən yaxşı məşqçisi Lionel Skaloni seçilmişdi.