FIFA əleyhinə şok sözlər: “Milyonlar oğurlayıblar”

“Napoli”nin Prezidenti Aurelio De Laurentis FIFA barədə ittiham irəli sürüb.

Globalinfo.az xəbər verir ki, İtaliya klubunun rəhbəri dünyanın ali futbol qurumunun milyonlar oğurladığını və məsuliyyətə cəlb edilməsinin mümkünsüzlüyünü deyib.

“Netflix”də FIFA-nın nə etdiyini görmüsüz? Milyonlar oğurlayıblar. Onlar İsveçrədə, Avropa yurisdiksiyasından kənardadırlar. Heç kim onlara nəzarət edə bilmir”, – deyə “Corriere dello Sport” De Laurentisdən sitat gətirib.

Xatırladaq ki, “Netflix” bir müddət əvvəl FIFA-dakı korrupsiya halları ilə bağlı sənədli film yayımlayıb.