Fidanın Bakıya kritik səfəri: Masada Ermənistan var?

Dekabrın 14-də Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıya səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev və XİN rəhbəri Ceyhun Bayramovla görüşüb. Rəsmi Bakının önəmli proseslərə imza atdığı vaxtda bu səfərin reallaşması isə diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri dinamik xətlə inkişaf edir:

“Hər iki ölkə arasındakı əlaqə tarix boyu görünməmiş səviyyədədir. Dostluq əlaqələri isə iki ölkə rəsmilərinin görüşlərini, səfərlərini zəruri edir. Ölkələrimiz regionun bir sıra iri layihələrinin əsas iştirakçılarıdır. Buraya daxildir: Cəbub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan kəməri və digər nəqliyyat, kommunikasiya, Orta dəhliz layihələri.

Zahid Orucov

Hakan Fidanın belə bir kritik dönəmdə ölkəmizə gəlməsi xüsusi diqqət çəkir. Görüşlərdə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətləri barədə müzakirələrin aparıldığı da istisna edilmir. Onu da qeyd edək ki, Azərbaycan-Ermənistan münasibətləri kontekstində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, iki ölkə rəsmiləri arasında qarşılıqlı görüşlərin keçirilməsi də mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az