Fidan və Mirzoyan bu məsələləri müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada Diplomatik Forum çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ararat Mirzoyan Hakan Fidanla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.

Görüş zamanı münasibətlərin tam nizamlanması istiqamətdə fikir mübadiləsi aparılıb.

Nazirlər beynəlxalq və regional məsələləri də müzakirə mövzusuna çeviriblər.

Əliyar Xəlil
Globalinfo.az