Fidan və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə Sergey Lavrov və Hakan Fidan arasında telefon danışığı baş tutub.

Telefon danışığında həmçinin Rusiya-Türkiyə əməkdaşlığının müəyyən aspektlərinə, eləcə də müxtəlif səviyyələrdə qarşıdakı təmasların qrafikinə toxunulub.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, martın 1-də Antalya Diplomatik Forumu çərçivəsində aparılan danışıqlar zamanı nazirlər Qara dəniz regionundakı, eləcə də Cənubi Qafqazdakı vəziyyəti və “3+3” regional platformasının fəaliyyətini müzakirə ediblər.

Əliyar Xəlil
Globalinfo.az