63e7ee5f85b2563e7ee5f85b26167614422363e7ee5f85b2363e7ee5f85b24

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ikinci mobil səhra hospitalı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hospitalı aparan təyyarə artıq İncirlik Hava Limanına eniş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə çatıb.

Globalinfo.az xəbər verir ki, hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalını daşıyan təyyarə Adana Hava Limanına eniş edib.

Mobil Səhra Hospitalının Kahramaraş şəhərinə gətirələcəyi gözlənilir.

Qeyd edək ki, hospital 5 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında hərbi səhra şəraitində fəaliyyət göstərə bilən peşəkar tibbi heyət xidmət aparacaq. Hospitalda ixtisaslaşmış tibbi xidmət göstərmək üçün hər cür təminat həyata keçirilib. Hospital Səhiyyə Nazirliyi tərəfindən dərman, tibbi sərf materialları və reaktivlərlə təmin olunub.

63e7ee5f7a47463e7ee5f7a475167614422363e7ee5f7a47263e7ee5f7a473

63e7f1f7104eb63e7f1f7104ec167614514363e7f1f7104e863e7f1f7104e9 63e7f1f73356063e7f1f733561167614514363e7f1f73355e63e7f1f73355f 63e7f1f72370363e7f1f723704167614514363e7f1f72370163e7f1f723702 63e7f1f72b17063e7f1f72b171167614514363e7f1f72b16d63e7f1f72b16e 63e7f1f71975163e7f1f719752167614514363e7f1f71974b63e7f1f71974e 63e7f1f701dc263e7f1f701dc3167614514363e7f1f701dc063e7f1f701dc1

Paylaş: