​​​​​​​FHN-dən möcüzə: iki qardaş 198 saat sonra xilas edildi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***11:00

Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları Türkiyənin zəlzələ baş verən Kahramanmaraş şəhərində səhər saatlarında zəlzələ baş verən ərazidə əməliyyatları davam etdirir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı xilasedicilər tərəfindən 198 saatdan sonra Muhammet Enes və Abulbaki adlı şəxs dağıntılar altından sağ olaraq xilas edilib.

​​​​​​​FHN Kahramanmaraşda iki nəfəri 198 saat sonra canlı olaraq xilas edib - FOTO ​​​​​​​FHN Kahramanmaraşda iki nəfəri 198 saat sonra canlı olaraq xilas edib - FOTO ​​​​​​​FHN Kahramanmaraşda iki nəfəri 198 saat sonra canlı olaraq xilas edib - FOTO ​​​​​​​FHN Kahramanmaraşda iki nəfəri 198 saat sonra canlı olaraq xilas edib - FOTO