FHN əməkdaşının evi qarət edildi: 3 500 dollar, qızıllar…

FHN-nin Sumqayıt Regional Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Babayev Bəxtiyar Mehman oğlunun kirayədə qaldığı mənzili naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub.

Globalinfo.az Report-a istinadən məlumat verir ki, hadisə Sumqayıt şəhəri, 5-ci məhəllə ev 17/30, mənzil 13-də qeydə alınıb.

Mənzildən 3 500 ABŞ dolları, 2 qızıl üzük, bir saat və bir boyunbağı aparılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.