9dfd485e 2a76 3376 aed4 e0760e15c2d9 850

Biləsuvarda hündürlükdən yıxılaraq ölən Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edilən mütəxəssisi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

*** 18:38

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: