“Feysbuk və İnstaqramda problem yaşanacaq”: 1-2 saatlıq

Martın 5-də “Meta” şirkətinə mənsub olan Feysbuk və İnstaqram sosial şəbəkələrində bir neçə saatlıq problem yaşanıb. İstifadəçilərin sosial şəbəkələrə daxil ola bilməməsi narahatlığa səbəb olub.

Maraqlıdır bu kimi hallar yenidən yaşana bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan İKT üzrə ekspert Elvin Abbasov deyib ki, bir neçə il əvvəl də “Meta” şirkətinə aid olan sosial şəbəkələrə giriş bir neçə saat məhdudlaşdırılmışdı:

“Qlobal problem idi. DNS lövhələri qarışmışdı. Bir neçə saatdan sonra Feysbuk və İnstagrama giriş mümkün oldu. Həmin vaxt da Azərbaycanda bu sosial şəbəkə istifarəçiləri bunun yalnız ölkədə olduğunu düşünürdü. Dünən də bu halın şahidi olduq. “İnstagram” və “Facebook”un login sistemində 1 saatlıq problem yaşandı. İsanlar da sosial media hesablarının oğurlandığını düşünürdülər. Bu halların yaşanması normaldır. Hər bir texniki məhsul müəyyən dövrlərdə bir neçə ildən bir bu tip problemlər yaşaya bilir. Növbəti dəfə də bu vəziyyətin yaranması gözləniləndir. Və bu məhdudiyyətlər 1-2 saat ərzində aradan qaldırlır. Düşünürəm ki, narahatlığa əsas yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az