Fəxrəddin Manafov 55 il sonra Xankəndidə – VİDEO

Xalq artisti Fəxrəddin Manafov doğulduğu Xankəndiyə yollanıb.

Globalinfo.az xəbər verir ki, aktyor bununla bağlı İTV-yə müsahibə verib.

O bildirib ki, 55 ildir Xankəndidə olmayıb:

“Sözlə hissləri ifadə etmək mümkün deyil. Qarabağla bağlı hər şeyin həyati mənası böyükdür. Son dəfə 14 yaşında Qarabağdan çıxmışam. 55 ildir… Şuşada olmuşam, amma Xankəndidə olmaq… Belə gözəl hal hər kəsin həyatında olmur”.

F.Manafov bildirib ki, səfərinin məqsədi orada “Qarabağ” futbol klubunun oyununu izləmək olub.