***12:04
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin dəfn mərasimində iştirak edənlərin görünüşü diqqət çəkib. Belə ki, mərasimdə bəzi şəxslər papaq, eynək və maska ilə üzlərini gizlətməyə çalışıblar. Bu isə müzakirələrə səbəb olub.
Dəfndəki sirli adamlar kimdir?
Globalinfo.az-a danışan hərbi-siyasi ekspert Telman Qasımov deyib ki, Fətullah Gülənin sıradan bir adam olmadığını nəzərə almaq lazımdır.
Xəbəri videodan da izləyə bilərsiniz:
Onun fikrincə, F.Gülən bir imperiya yaradıb:
“Bu adam həm maliyyə, həm hakimiyyət imperiyası qurub. Kim deyirsə ki, FETÖ-çülər yoxdular, artıq təmizləniblər və sair, bu, cəfəngiyatdır. Onlar yenə başqa bir ad altında fəaliyyətdədirlər. Çox güman ki, maskalı şəxslər həmin ölkənin xüsusi xidmət orqanları tərəfində müdafiə məqsədi ilə ora göndərilib. Yəni təhlükəsizlik baxımından mərasimə gəliblər. Onların kimliyini dəqiq bilmək olmaz. Amma bu, belə olmaya da bilər”.
T.Qasımov deyib ki, maskalı şəxslərin F.Gülənin adamlarından olması da mümkündür:
Telman Qasımov
“Ola bilər ki, maskalı şəxslər Fətullah Gülənin əsas üzdə olan adamlarından olsun. Hər şey mümkündür. Çünki onlar dünyanın müxtəlif ölkələrində hələ də fəaliyyət göstərirlər. Sadəcə, bir çox şirkətlərin, mətbuat orqanlarının adını dəyişiblər. Lakin mahiyyətlə yenə də FETÖ-çüdürlər və eyni məqsədə qulluq edirlər. Tanınmamaq üçün dəfn mərasiminə maska ilə gələ bilərlər”.
Qeyd edək ki, oktyabrın 25-də FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Pensilvaniyada Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib. O, fermasının bağçasında dəfn edilib.
Xatırladaq ki, oktyabrın 20-də Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.
Zaira Akifqızı
Globalinfo.az