Fermerlər ayağa qalxdı: 40 ilin ən böyük aksiyası

Almaniyada Fermerlər hökumətə qarşı genişmiqyaslı aksiyalara hazırlaşırlar.

Globalinfo.az xəbər verir ki, hökumətin aqrar sahəni hədəf alan ard-arda layihələr qəbul etməsi ölkədə ciddi narazılığa səbəb olub.

Məlumata görə, əsas məsələlərdən biri də kənd təsərrüfatında istifadə olunan maşınlarda dizel üçün subsidiyaların azaldılmasıdır.

Yeni ilin ilk günlərindən etibarən etiraz edən kənd təsərrüfatı işçilərindən ibarət qruplaşmalar 8-15 yanvar tarixləri arasında ölkənin müxtəlif şəhərlərində böyük aksiyalar planlaşdırıblar. Aksiyalarda kənd təsərrüfatında istifadə edilən maşınlar, traktorlara geniş yer veriləcək.

Bunun Almaniyada 40 ilin ən güclü etiraz aksiyası olacağı deyilir. Artıq sürücülərə yollarda tıxacların gözlənildiyinə dair xəbərdarlıq edilib. Etirazlara yüzlərlə traktorçunun qatılacağı bildirilir.

Aksiyaların 15 gün ərzində keçiriləcəyi açıqlanıb. Kampaniyanın sonuncu və ən böyük aksiyasının isə paytaxt Berlində təşkil olunacağı qeyd edilir.

Əliyar Xəlil
Globalinfo.az