Fərid Şəfiyev: “Bu dialoqda Gürcüstan aktiv iştirak edir” – FOTOLAR

Bakıda “Gürcüstanın regional münasibətlərdə vasitəçilik rolu” adlı dəyirmi masa keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dəyirmi masa Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü və gürcü politoloq Gela Vasadzenin iştirakı ilə təşkil edilib.

Tədbirdə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Gürcüstan arasında əlaqələri və Gürcüstanın regionumuzdakı rolunu çox yüksək qiymətləndirib:

“Gürcüstanın regionda rolu və 3 ölkənin (Azərbaycan , Gürcüstan, Ermənistan) iştirak etdiyi platformalardakı fəaliyyəti böyük əhəmiyyət daşıyır, aktual məsələlər müzakirə olunur. Azərbaycan və Gürcüstan daim bir-birinin mövqelərini dəstəkləyir. Azərbaycan və Ermənistan arasında dialoqda da Gürcüstan aktiv iştirak edir. Bir sıra regional layihələr də var. Yeni geosiyasi reallıqlarda da Gürcüstanın xüsusi rolunun olduğunu görürük”.

Fərid Şəfiyev: Azərbaycan və Ermənistan arasında dialoqda Gürcüstan aktiv iştirak edirFərid Şəfiyev: Azərbaycan və Ermənistan arasında dialoqda Gürcüstan aktiv iştirak edirFərid Şəfiyev: Azərbaycan və Ermənistan arasında dialoqda Gürcüstan aktiv iştirak edirFərid Şəfiyev: Azərbaycan və Ermənistan arasında dialoqda Gürcüstan aktiv iştirak edir