
Türkiyə Super Liqasında XXVIII tura yekun vurulub.
Globalinfo.az xəbər verir ki, günün son matçında “Fənərbaxça” öz meydanında ” Samsunspor”u qəbul edib.
Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. “Sarı-lacivərdlilər” vacib xal itkisi ilə üzləşib.
Bu nəticədən sonra xallarını 62-yə çatdıran ev sahibi komanda 2-ci pillədə qərarlaşıb. Qonaqlar isə 51 xalla 3-cü yerdədir.
Qeyd edək ki, “Fənər”in “Qalatasaray”la hazırkı xal fərqi 9-a bərabərdir.