“Fənərbaxça” ilk oyunda məğlub oldu

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Globalinfo.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş İstanbul nəhənginin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Eyni saatda Çexiyada “Viktoriya Plzen” İtaliya “Fiorentina”sı ilə qolsuz heç-heçə edib.

Günün digər oyunlarında “Aston Villa” – “Lill”i, “Brügge” isə PAOK-u sınağa çəkir. Hər iki görüş 23:00-da başlayıb.

Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 18-də keçiriləcək.