“Fənərbağça”nın 3 futbolçusunun vəziyyəti necədir?

f%C9%99n%C9%99rt

“Fənərbağça” komandası ötən gün Türkiyə Kubokunun qrup mərhələsində “Ərzurumspor”la keçirilmiş II tur oyununda zədələnən futbolçularının son durumunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, müdafiəçilər Dieqo Karlos 1-1,5 ay, Aleksandr Ciku 2 həftə, Yusuf Akçicek isə 10 gün yaşıl meydanlardan uzaq qalacaqlar.

Qeyd edək ki, “Fənərbağça” – “Ərzurumspor” qarşılaşması meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.