“Fənərbağça” Şahruddinin komandasına qalib gəldi – VİDEO

Futbol üzrə Türkiyə Superliqasında 31-ci turun növbəti oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” doğma meydanda millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor”la qarşılaşıb.

Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Fənərbağça” –  “Adana Demirspor” matçında meydan sahiblərinin futbolçusu Duran Tadiç mərkəzdən qol vurub.

O, 46-cı dəqiqədə millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevi əvəzləyən Vedat Karakuşu məyus edib.

Görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında “Sivasspor” “Fatih Karagümrük”ə 1:0, “Kasımpaşa” “Kaysərispor” 2:0, “Trabzonspor” isə “Konyaspor”a 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 84 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 82 xalla ikinci, 52 xallı “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.