“Fənərbağça” darmadağın etdi, “Beşiktaş” isə… – VİDEO

Futbol üzrə Türkiyə Superliqasında VII turunda iki əsas oyun keçirilib.

Globalinfo.az xəbər verir ki, “Fənərbağça” doğma meydanda “Rizespor”u 5:0 hesabı ilə məğlub edib.

Qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

“Beşiktaş” isə səfərdə “Konyaspor”u məğlub edib. Qolları U.Yazgilli (avtoqol) və Abubakar vurub.

Bu nəticələrdən sonra “Fənərbağça” 21 xalla liderliyini davam etdirir. “Beşiktaş” isə 13 xalla 4-cüdür.