Fələstinin BMT-yə üzvlük müraciətinə ABŞ-dan REAKSİYA

ABŞ Dövlət Departamenti Fələstinin BMT-yə üzvlük müraciətinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Fələstin Muxtariyyətinin BMT-nin tamhüquqlu üzvü olmaq cəhdlərinə qarşı çıxıb-çıxmaması ilə bağlı sualı cavablandırıb.

“Biz həmişə açıq şəkildə bildirmişik ki, müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik. Amma biz çalışırıq ki, müstəqil Fələstin dövlətinin yaradılması İsrail üçün təhlükə yaratmasın. Bu məsələ BMT-də yox, tərəflər arasında birbaşa danışıqlar yolu ilə həyata keçirilməlidir”, – Miller bildirib.

Dövlət Departamentinin sözçüsü gələcəkdə nələrin baş verəcəyi ilə bağlı spekulyasiya etmək fikrində olmadığını deyib. Miller Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında müvafiq qətnaməyə veto qoyub-qoymayacağı haqda suala cavab verməyib.

Əliyar Xəlil
Globalinfo.az