Fələstin prezidentinin korteji atəşə tutulub? – VİDEO

Fələstin lideri Mahmud Abbasın avtomobil kortejinin atəşə tutulması ilə bağlı yayılan məlumatlar yalandır, öz kabinetində işləyir, tam sağlamdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin administrasiyası məlumat yayıb.

Qeyd edək ki, bundan öncə bəzi media orqanlarında Mahmud Abbasın avtomobil kortejinin atəşə tutulması və məsuliyyəti “Əbu Cəndəlin oğulları” adlı qrupun öz üzərinə götürdüyü ilə bağlı məlumatlar yayılmışdı.

Silahlı hücumda vurulan şəxsin Mahmud Abbasın mühafizəçisi olduğu da güman edilirdi.