Fələstin prezidenti Türkiyəyə səfər edəcək

Fələstin Prezidenti Mahmud Abbas gələn həftə Türkiyəyə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

XİN başçısı Mahmud Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə  əsasən səfərinin gözlənildiyini deyib:

“Fələstin prezidentinin çərşənbə axşamı Ankaraya gəlməsi gözlənilir. Fələstində baş verənləri, müharibənin gedişatını müzakirə etmək istəyirlər. Bundan başqa R.T.Ərdoğan  ilk olaraq fələstinlilər arasındakı dialoqun detallarını Mahmud Abbasdan öyrənmək istəyir. Bu çərçivədə Türkiyənin tövsiyə və təkliflərini də Fələstin Prezidentinə çatdırılacaq”.

Əliyar Xəlil
Globalinfo.az