Fələstin kömək istədi, İlon Mask isə…

Fələstin Milli Administrasiyası (PNA) amerikalı sahibkar İlon Maskın “Space X” şirkəti tərəfindən idarə olunan “Starlink” layihəsi ilə əlaqəni bərpa etmək üçün kömək istəyib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, PNA rabitə naziri Yitzhak Sadr “Starlink”in artıq əməkdaşlığa razı olduğunu təsdiqləyib. Hazırda Qəzza zolağında rabitə, o cümlədən internet işləmir.

“Rabitəni bərpa etməyin yollarından biri süni peyklərə çıxışdır. Biz artıq Starlink şirkəti ilə əlaqə saxlamışıq, bu avadanlığın Qəzza zolağına gətirilməsi üçün beynəlxalq və humanitar təşkilatlarla işləyirik, bir sıra qurğular almağa hazırlaşırıq. Starlink müsbət cavab verdi”, – deyə Sədr bildirib.