FED uçot dərəcəsini yenidən artırdı

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yenidən artırıb.

Globalinfo.az xəbər verir ki, Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclasından sonra bu gün FES-in yeni faiz qərarı açıqlanıb.

Gözlənildiyi kimi, FES 0,25 faiz bəndi həddində artıma gedərək uçot dərəcəsini 4,50-4,75 %-ə çatdırıb.