FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (Fed) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

Bununla da Fed ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.