FED uçot dərəcələrini artırdı

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FED-in saytında məlumat verilib.

Bildirilir ki, uçot dərəcələri 25 faiz bəndi artırılaraq 5,25-5,50 aralığına çatdırılıb.

Məlumata görə, bu, son 22 ilin ən yüksək uçot dərəcəsidir.

Açıqlamada deyilir ki, uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 faiz səviyyəsində inflyasiyaya nail olmaq hədəflənir.