Fəaliyyətə başlayan ABŞ səfirindən ilk açıqlama – FOTO

Mark Libbi (Mark Libby) ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri kimi diplomatik fəaliyyətə başlamaqdan şərəf duyduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə səfirliyin “X” hesabında paylaşım edib.

“Mən ABŞ-ın Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, – əlavə edilib.

Qeyd edək ki, bu gün Mark Libbi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.