2fb1e355 e144 482f 8be6 679515cdc666

26 saylı Sabunçu Seçki Dairəsindən VIl çağırış Milli Məclisin üzvlüyünə namizəd, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa seçicilərlə növbəti görüşünü Sabunçu Gənclər Evində keçirib.

Globalinfo.az xəbər verir ki, görüşdə gənclər, eləcə də, müxtəlif yaş və sosial qrupdan olan seçicilər, Fazil Mustafanın vəkilləri iştirak edib.

Fazil Mustafa seçki platformasını geniş şərh edib, habelə seçicilərin qaldırdığı məsələlərlə bağlı keçən dönəmdə Millət vəkili olaraq gördüyü işlərdən danışıb.

Namizəd gəncləri, onların ata-anasını, ümumən seçiciləri maraqlandıran sualları ətraflı cavablandırıb.

Seçicilərin toxunduğu müxtəlif məsələlərə dair öz fikrini bildirən Fazil Mustafa, dövlətin gördüyü və görməkdə olduğu böyük layihələrdən, infrastruktur layihələrindən, dövlət proqramlarından söz açıb, habelə yenidən mandat qazanacağı təqdirdə seçiciləri qayğılandıran məsələləri parlamentdə, müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.

Görüş qarşılıqlı maraq doğuran bir sıra digər mövzuların müzakirəsi ilə davam edib.

7108c8c2 1e6e 4c33 a886 36d96a8a8e8d ae389472 cdbf 4521 a25d d68c5c0a7ee3 e69ee2ad d5de 4315 bd86 0b93df40f94b 184c774b 6267 4b19 ad6a 24fd928f9dea 8b3e4404 8b73 4ea4 b47d c161c77a19cd bd22fa21 cc3e 425c bfe7 63d2e56d988c dfd39172 8f17 4fbe 8d3e dac3e4d9480a c3fd0c18 ada2 46fb a9ea c80f9a2aa314 647b5d17 8a8b 4f1e 8c36 29bc71988f79 c75e1787 4f07 4cdd 8799 14461c139f2b 186a47d1 0838 440b 811b 88fc65c03c0a

Paylaş: