2022 04 03 21 35 33T9n8Ds14cYtuRnzsj5jA file 1

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki,  F. Mustafa sənədlərin bu gün MSK-ya təqdim edildiyini bildirib.

Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Paylaş: