Fazil Mustafa: Onların evə hücum edib-etməyəcəyini bilmirdim… – VİDEO

Silahlı hücuma məruz qalan deputat Fazil Mustafa üzləşdiyi terror aktı ilə bağlı geniş müsahibə verib.

Globalinfo.az xəbər verir ki, müalicə aldığı xəstəxanada Real TV-nin suallarını cavablandıran deputat yaşadığı sui-qəsd olayı və İranla bağlı diqqətçəkən fikirlər səsləndirib.

“Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Onların evə hücum edib-etməyəcəyini bilmirdim. Çünki darvaza açıq idi. Maşının qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub”.

O bildirib ki, sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi.

Daha ətraflı videoda: