Fazil Mustafa: “Minatəmizləmə ilə məşğul olanlar üçün həyat sığortası qanunları qəbul edilməlidir” – VİDEO

“Minatəmizləmə ilə məşğul olanlar ən təhlükəli işdə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, yubiley medalından daha öncə onların həyati sığortası ilə bağlı qanunlar qəbul edilməlidir: “Bu medalın verilməsi ilə bağlı problem olur. Bu medalın verilməsində də ayrı-seçkiliyə yol veriləcək və bütün medallarda belə olur. Kiminsə medallarının sayı çox olsun deyə ona veriləcək”.