Fatmayıdakı hoteldə Türkiyə vətəndaşına qarşı CİNAYƏT

Abşeron rayonu Fatmayı qəsəbəsi ərazisində yerləşən “Oskar” hoteldə Türkiyə vətəndaşının çantası oğurlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə 1965-ci il təvəllüdlü Hakan Fenike Seyfi Abşeron rayon Polis İdarəsinə müraciətində bildirib.

O qeyd edib ki, dekabrın 27-də hoteldə olarkən naməlum şəxs içərisində 30 dollar, avtomobil sənədləri, şəxsiyyət vəsiqəsi, xarici pasport və bank kartları olan çantasını oğurlayıb.

Türkiyə vətəndaşının müraciəti ilə bağlı tədbirlər görülür.