Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxılıblar.
Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.
***16:17
Bloger Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.
“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, – məlumatda deyilir.