Fatih Terim “Panatinaikos”dan niyə qovulub? – Özü açıqladı

Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq baş məşqçisi Fatih Terim Yunanıstanın “Panatinaikos” futbol kulubu ilə yollarını ayırıb. 

Globalinfo.az xəbər verir ki, baş məşqçi bu barədə özü açıqlama yayıb.

F.Terim “Panatinaikos”un sahibi Giannis Alafouzos  ilə aparılan müzakirədən sonra klubla yollarının ayrılmasına qərar verildiyini bildirib:

“Ötən ilin dekabr ayından bu yana var gücümüzlə çalışdığımız komandamızla birlikdə hədəfimiz 2023-2024-cü il sezonunu çempionluqla tamamlamaq, dəyərli “Panatinaikos” azarkeşlərinə 13 ildir həsrət qaldıqları qalibiyyəti yaşatmaq idi. Dünən axşam klub prezidenti Alafouzos ilə bir araya gələrək ümumi vəziyyəti dəyərləndirdik. Nəticədə 2024-2025 sezonu üçün planlarımızın bir-birinə uyğun gəlmədiyinə qərar verdik. Bu müzakirədən sonra birlikdə fəaliyyətimizi davam etdirməməyi qərarlaşdırdıq”.

Qeyd edək ki, Fatih terim 2023-cü ilin dekabr ayında Yunanıstanın “Panatinaikos” klubunun sükanı arxasına keçib.

Ayşən Mustafa
Globalinfo.az