Fatih Terim millət vəkili ola bilər

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimə millət vəkilliyinə namizəd olmaq təklif edilib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis siyasi partiyaların birindən gələn təklifi geri çevirib. O, siyasətə qarışmaq istəmədiyini deyib.

Son olaraq “Qalatasaray”ı çalışdırmış Terim keçən ilin yanvarından işsizdir.

Qeyd edək ki, Türkiyədə seçkilər mayda keçiriləcək.