Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.
Xidmətdən Globalinfo.az-a verilən xəbərə görə, duman Neft Daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub.