2023 09 07 00 10 59M8LIeomcvlZRHjVFgPP5 file

Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.

Globalinfo.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.

Bu zaman Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb.

Uşaq ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Paylaş: