“Facebook” və “İnstagram”ın fəaliyyəti bərpa olundu – YENİLƏNİB

“Instagram” sosial şəbəkəsinin fəaliyyəti bərpa olunub.

Globalinfo.az xəbər verir ki, “Instagram”a da daxil olmaq mümkündür.

***20:40

“Facebook” sosial şəbəkəsinin fəaliyyəti bərpa olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildiriblər.

Belə ki, hazırda “Facebook”a daxil olmaq mümkün olsa da, “İnstagram”da hələ də yenilənmə etmək olmur.

Qeyd edək ki, “Facebook”, “Instagram” və Meta şirkətinə məxsus digər sosial platformalarının fəaliyyətində problem yaranıb. İstifadəçilər şəxsi hesablarına daxil olmağa çalışsalar da, avtomatik çıxış müşahidə olunub.

Əliyar Xəlil
Globalinfo.az