meta

Meta şirkəti uşaqların sosial media istifadəsi ilə bağlı ABŞ-da açılan məhkəmə işlərini yekunlaşdırmaq üçün diqqətçəkən razılaşmaya imza atıb.

Globalinfo.az xəbər verir ki, şirkət “Facebook” və “Instagram” platformalarının uşaqları daha uzun müddət istifadə etməyə təşviq edəcək şəkildə hazırlandığı iddiaları ilə bağlı məhkəmə işləri çərçivəsində 16,68 milyard dollara qədər ödəniş etməyə razılaşıb.

Razılaşmanın əsas müddəalarından biri yetkinlik yaşına çatmayanların platformalarda keçirdiyi vaxtın məhdudlaşdırılmasıdır. Belə ki, 18 yaşdan aşağı istifadəçilərin “Instagram” və “Facebook”da gündəlik ümumi istifadə müddətinin 2 saatla məhdudlaşdırılması nəzərdə tutulur.

Yeni qaydaların ilkin mərhələdə yalnız ABŞ-da tətbiq ediləcəyi bildirilir. Razılaşmanın qüvvəyə minməsi üçün isə məhkəmənin təsdiqi tələb olunur.

Paylaş: