036aa8a72a44bc6dce2f1b3ca91b680b

Ukrayna “F-16” qırıcılarının ilk partiyasını alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Ukrayna müttəfiqlərindən “F-16” çoxməqsədli qırıcıların ilk partiyasını əldə edib.

Qeyd edək ki, Amerika istehsalı olan hərbi təyyarələrin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi üçün son müddət iyul axırı idi. Görünür müttəfiqlər öz sözlərinə əməl edərək təyyarələrin verilməsini təmin ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: