Ukraynanı sevindirən xəbər: cəbhədə vəziyyət dəyişə bilər

“Qərb Ukraynaya F-16 qırıcılarını bu yay göndərməyə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren deyib.

Nazir ilk F-16 partiyasının Danimarkadan Ukraynaya göndəriləcəyini bildirib.

“Daha sonra Niderland F-16-ları verəcək. Ukrayna tərəfi hazırlıqlı olmalıdır. Bütün infrastruktur, ehtiyat hissələrindən tutmuş döyüş sursatlarına qədər hər şey hazırdır. Rusiyanın döyüşlərdə müəyyən üstünlüyü var. Lakin Qərb hesab edir ki, hasilatın həcmi artırılarsa, vəziyyət dəyişə bilər”, – o qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az