Türkiyə Hərbi Hava Qüvvələrinin “SOLOTÜRK” “F-16” aerobatika qrupu İstanbul səmasında nümayiş etdirdiyi görüntülərlə hər kəsi heyran edib.
Globalinfo.az bildirir ki, “F-16” kabinəsinin kamerasından çəkilən kadrlar gündəm olub.
Xatırladaq ki, “SOLOTÜRK” Hərbi Hava Qüvvələri Komandanlığının “F-16” aerobatika qrupu 30 avqust Zəfər Bayramı şərəfinə İstanbul Yenikapı Meydanında xüsusi uçuş həyata keçirib. Döyüş pilotu olan “SOLOTÜRK” komandiri, mayor Murat Bakıcı etdiyi manevrlər və təyyarənin içindən çəkdiyi kadrlarla izləyiciləri valeh edib.